Hökumə Əliyeva haqqında yeni film çəkilib

Hökumə Əliyeva haqqında yeni film çəkilib
2 iyun 2025
# 15:46

Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın həyatından bəhs edən yeni film çəkilib.

Kulis.az xəbər verir ki, “Hökümə – kədərim mənim” adlanan film Əməkdar incəsənət xadimi Ziya Şıxlinski tərəfindən lentə alınıb.

Sənədli filmin çəkilişləri başa çatıb. Hazırda ekran işinin montaj prosesi davam etdirilir. Filmin təqdimatının Milli Qəhrəmanın doğum günü ərəfəsində - avqust ayında keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə 29 dekabr 2024-cü il tarixli Sərəncamı ilə Hökumə Əliyeva qəza zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiyinə görə Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülüb.

# 188 dəfə oxunub

Müəllifin son yazıları

# # #