Əhməd bəy Ağaoğlunun nəvəsi müharibədən danışdı: "Sizə əsəbləşmişdim!"

Əhməd bəy Ağaoğlunun nəvəsi müharibədən danışdı: "Sizə əsəbləşmişdim!"
6 oktyabr 2020
# 12:45

Azərbaycanın tanınmış maarifçisi, Türkiyənin tanınmış siyasətçisi, jurnalist Əhməd bəy Ağaoğlunun nəvəsi, Türkiyənin tanınmış musiqiçisi Əhməd Güvenç Azərbaycan-Ermənistan arasında baş verən müharibədən danışdı.

Əhməd Güvənc işğaldan azad edilən Azərbaycan torpaqlarının sevincini Kulis.az-la bölüşdü:

“İllər əvvəl Azərbaycana gələndə çox əsəbləmişdim. Çıxışımda Azərbaycan bayrağındakı qırmızı rəngin qanla yazılması gərəkdiyini söyləmişdim. 92-93-cü illərdə Azərbaycanda indiki ruh, ordu olsaydı ermənilər əsla Qarabağa girə bilməzdi. Azərbaycan xalqının bugünkü milli ruhu ilə, ordusunun gücü, əzəməti ilə qürur duyuram. Bir gün işğal sona çatacaq. Ən böyük arzum Şuşa işğladan azad olunduğu zaman dünya gözü ilə ata evimi ziyarət etməkdir. O günü səbrlə gözləyirəm. Türkiyə Azərbaycanın haqlı olduğu bu savaşda hər zaman Azərbaycanın yanındadır. Bu saat bütün Türkiyə xalqının da qəlbi Azərbaycanda - Qarabağda döyünür. Başqa cür ola da bilməzdi. Çünki biz eyni millətik.

Qeyd edək ki, Əhməd Güvenç Türkiyənin məşhur musiqi qruplarından olan “Kurtalan Ekspres”in baş gitaristidir. Barış Mançonun ifasında məşhur olan “Gülpəmbə” mahnısının bəstəkarıdır.

# 2693 dəfə oxunub

Müəllifin son yazıları

# # #