Ümumilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbir keçiriləcək.
Kulis.az xəbər verir ki, 27 oktyabr saat 19:00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında teatrın və Bakı Xoroeqrafiya Akademiyasının birgə layihəsi olan "El bilir ki, sən mənimsən" adlı tədbir keçiriləcək.
Tədbirin rejissoru Əməkdar artist Nicat Kazımovdur. Gecədə teatrın aktyorları Xalq şairi Səməd Vurğunun "Azərbaycan" poemasından, eləcə də Heydər Əliyevə həsr olunmuş şeirlərdən səsləndirəcəklər. Bundan əlavə Bakı Xoroeqrafiya Akademiyasının tələbələri müxtəlif səpkili rəqslər təqdim edəcəklər.
- Ədəbiyyat və həyat - Con Qolsuorsinin essesi
- Türkiyəni Avroviziyada təmsil edən qrupun solisti vəfat etdi
- Xanım Aydının yeni kitabı çap olundu
Qeyd edək ki, musiqili kompozisiyada teatrın 55 aktyoru, Bakı Xoreqrafiya məktəbinin isə 80-ə yaxın tələbəsi iştirak edəcək.