“Heydər Əliyev: Vətənin keşiyində” sənədli filminin nümayişi baş tutdu

“Heydər Əliyev: Vətənin keşiyində” sənədli filminin nümayişi baş tutdu
27 iyun 2023
# 13:30

Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü və “Heydər Əliyev ili” çərçivəsində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Heydər Əliyev: Vətənin keşiyində” sənədli filminin nümayişi baş tutub.

Kulis.az xəbər verir ki, FHN Akademiyasının və “Azərbaycanfilm” kinostudiyasının birgə təşkilatçılığı ilə keçirlən tədbirdə Akademiyanın rəisi, general-mayor Baba Salayev, professor-müəllim heyəti, zabitlər və kursantlar iştirak ediblər.

Filmin rejissoru İqbal Məmmədəliyev və prodüseri Tofiq Məmmədov kursantlar önündə çıxış edərək filmin istehsal prosesindən, həmçinin, ulu öndərlə olan xatirələrdən danışıblar. Qeyd edək ki, “Azərbaycanfilm” kinostudiyası ilə FHN Akademiyası arasında əməkdaşlığın davam etdirilməsi və bundan sonra da təbliğati tədbirlərin keçirilməsi planlaşdırılır.

# 541 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #