Həqiqət yalanın qucağına sığınmışdı... - Firuz Mustafa

Həqiqət yalanın qucağına sığınmışdı... - Firuz Mustafa
24 sentyabr 2024
# 15:11

Kulis.az Firuz Mustafanın həqiqət haqqında qənaətlərini təqdim edir.

"Buz üstə yazılmış sətirlər" kitabından


* Həqiqət yolunda canından keçməyə hazır olan ateist, yalana qulluq edən dindardan Allaha daha yaxındır.

* Həqiqət haqda danışmaq hələ heç də mövcud həqiqət deyildir. Əsl həqiqət həqiqətin mövcudluğunu sübut etməkdir.

* Həqiqətin dili həmişə lal olur. Amma onu hamı anlayır.

* Həqiqət həmişə acı olur. Adamlarsa daha çox şirin şeyləri xoşlayırlar.

* Həqiqət elə bir “bəla” ki, ona tapınanlar bu yolda həyatlarından belə keçməyə hazır olurlar.

* Həqiqəti sənə çох zаmаn düşmənin dеyir.

* Həqiqətlə doğru arasında, belə demək mümkünsə, ürəklə ağıl arasındakı qədər uzun bir məsafə var.

* Həqiqət xiyabanına gedən yol, bəzən yalan cəngəlliklərindən keçir.

* Həqiqətə gedən yol bütün ömürdən keçir. Ona yetişmək üçün uzağa getməyə ehtiyac yoxdur, təkcə dönüb öz daxilinə baxmaq kifayətdir.

* Həqiqətən sаğ оlduğu bаrədə ondan arayış tələb еtdilər.

* Həqiqət yalanın qucağına sığınmışdı.

* Həqiqəti dediyinə görə dönə-dönə üzr istədi.

# 596 dəfə oxunub

Müəllifin son yazıları

# # #