Kitab sərgisi

"Heç bir nəşriyyat risk edib tanınmayan bir müəllifin..." - Orxan Fikrətoğludan açıqlama

"Heç bir nəşriyyat risk edib tanınmayan bir müəllifin..."  - Orxan Fikrətoğludan açıqlama
30 sentyabr 2025
# 12:12

"Sərgi çərçivəsində ümumilikdə 250-dən artıq tədbirin təşkili nəzərdə tutulur. Ən azı 35 imza günü və müxtəlif tədbirlər keçiriləcək".

Kulis.az APA-ya istinadən xəbər verir ki, bunu mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu XI Bakı Beynəlxalq kitab sərgisi ilə bağlı keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, hər bir tədbir olmasa da, bütövlükdə bu, ədəbiyyatın inkişafına xidmət edəcək: “Bizim əsas hədəflərimizdən biri bölgələrdən gələn nəşriyyatlara öz məhsullarını sərgiləməkdə kömək göstərməkdir. Çünki bəzi bölgələrdə kitab dükanları demək olar ki, yoxdur, fərq də çox hiss olunur. İkinci tərəfdən, biz düşünürük ki, tirajı az satılan bəzi kitabları nəşriyyatlardan alaq. Məqsəd odur ki, gənc yazıçılar, gənc şairlər, gənc ədəbiyyatçılar ədəbiyyata gəlsinlər.

Çünki heç bir nəşriyyat risk edib tanınmayan bir müəllifin kitabını çap etmək istəmir. Ona görə də biz Mədəniyyət Nazirliyi olaraq belə kitabların müəyyən bir hissəsini alaraq, həmin müəlliflərin ədəbiyyata gəlişini dəstəkləməyi düşünürük”.

Qeyd edək ki, o, eyni zamanda müəllif hüquqları sahəsində, müəllif-nəşriyyat münasibətləri ilə bağlı problemlərin olduğunu bildirib: “Biz nazirlik olaraq bu sahədə dəstək göstərməli və onların həllini təmin etməliyik”.

# 120 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər