Haynrix Böllün “Seçilmiş əsərləri” nəşr olundu

Haynrix Böllün "Seçilmiş əsərləri"

Haynrix Böllün "Seçilmiş əsərləri"

10 noyabr 2021
# 15:45

Yüz əlli cildlik “Dünya ədəbiyyatı inciləri” (ADTM) seriyasından növbəti ikicildlik – dünya şöhrətli alman yazıçısı, Nobel mükafatı laureatı Haynrix Böllün “Seçilmiş əsərləri” işıq üzü görüb.

Dövlət Tərcümə Mərkəzindən Kulis.az-a verilən məlumata görə, kitabın I cildinə yazıçının “Ağır günün sevgisi”, “Etiraf”, “Təzə körpü”, “Çörəyin dadı”, “Oxucu sorağında”, “Axşam”, “Kişisiz ev” kimi məşhur roman və hekayələri, müasirlərinin Haynrix Böll haqqında fikir və mülahizələri toplanıb.

İkinci cild sənətkarın “…Və bircə kəlmə də demədi”, “Bir təlxəyin düşüncələri” və “O illərin çörəyi” romanlarını, tanınmış filoloq-alim, professor Rüstəm Kamalın “Haynrix Böllün insana həmdərd olan sənəti” adlı “Son söz”ü ilə təqdim edir.

Əsərlərin böyük əksəriyyəti tanınmış tərcüməçilər Vilayət Hacıyev və Çərkəz Qurbanlı tərəfindən orijinaldan tərcümə edilib.

# 2246 dəfə oxunub

Müəllifin son yazıları

# # #