“Havalansın Xanın səsi” musiqi axşamı keçirildi

“Havalansın Xanın səsi” adlı milli musiqi axşamı

“Havalansın Xanın səsi” adlı milli musiqi axşamı

5 noyabr 2021
# 13:20

Kulis.az xəbər verir ki, noyabrın 4-də Beynəlxalq Muğam Mərkəzində bu silsilədən növbəti tədbir görkəmli xanəndə, Xalq artisti Xan Şuşinskinin 120 illiyinə həsr olunub. “Havalansın Xanın səsi” adlı milli musiqi axşamı muğam ustadının öz ifasında məşhur “Şuşanın dağları” mahnısının lent yazısının səsləndirilməsi ilə başlayıb.

Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyevin çıxışından sonra, Xan Şuşinski adına Ağdam Uşaq muğam musiqi məktəbinin şagirdləri, eləcə də Xalq artistləri Mələkxanım Əyyubova, Nəzakət Teymurova, Mənsum İbrahimov, Əməkdar artistlər Təyyar Bayramov, Sevinc Sarıyeva, Elnur Zeynalov, Babək Niftəliyev, xanəndələr İlkin Əhmədov, Aytən Məhərrəmova, Rəvanə Qurbanovanın çıxışları alqışlarla qarşılanıb.

Musiqi axşamı Ali Baş Komandan, Prezident İlham Əliyevin bu ilin mayında Şuşanın Cıdır düzündə keçirilən “Xarıbülbül” festivalındakı tarixi nitqinin nümayişindən sonra xanəndələrin ifasında “Qarabağ şikəstəsi”nin sədaları ilə yekunlaşıb.

# 3172 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #