Hava limanına məşhur müğənninin adı veriləcək

Hava limanına məşhur müğənninin adı veriləcək
14 sentyabr 2026
# 14:30

ABŞ-nin Tennessi ştatında həm Respublikaçılar, həm də Demokratlar Partiyasını təmsil edən rəsmilər birgə razılığa gələrək Neşvil Beynəlxalq Hava Limanına keçən ay 80 yaşında vəfat edən məşhur kantri müğənnisi Dolli Partonun adının verilməsi prosesini başladblar.

Kulis.az xəbər verir ki, Metropoliten Neşvil Hava Limanı İdarəsinin Komissarlar Şurası qərarı qəbul edib.

Bu dəyişiklik Dolli Partonu ABŞ-nin ən gərgin işləyən 50 hava limanından birinə adı verilən ilk qadın sənətçi edəcək.

Qeyd edək ki, Avqustun 25-də xərçəng xəstəliyindən dünyasını dəyişən müğənninin xatirəsini əbədiləşdirəcək adın dəqiqləşdirilməsi və prosesin tam yekunlaşması üçün yerli rəhbərlik Partonun qurduğu "Dollywood" Fondu ilə birgə çalışır.

# 67 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər