Haruki Murakaminin yeni romanının adı məlum oldu

Haruki Murakaminin yeni romanının adı məlum oldu
1 mart 2023
# 14:00

Yazıçı Haruki Murakaminin 6 ildən sonra yazdığı ilk romanının adı məlum olub.

Kulis.az xəbər verir ki, yazıçının yeni əsəri "Şəhər və onun etibarsız divarları" adlanacaq.

Roman aprelin 13-də satışa çıxarılacaq. Hələlik süjetin təfərrüatları gizli saxlanılır.

Murakaminin son romanı “Komandirin öldürülməsi” 2017-ci ilin fevralında nəşr olunub.

Şinçoşanın sözçüsü bildirib ki, kitabın həcmi 1200 səhifə, qiyməti isə 2970 yen (təxminən 22 dollar) olacaq, elektron versiyası da buraxılacaq.

# 1396 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #