Harri Potterin yeni seriyası çəkildi

Harri Potter: "Xoqvartsa dönüş"

Harri Potter: "Xoqvartsa dönüş"

21 dekabr 2021
# 13:30

“Harri Potter 20 ildən sonra: “Xoqvartsa dönüş” seriyasının rəsmi treyleri işıq üzü görüb.

Filmin nümayişi “Harri Potter və fəlsəfə daşı” filminin 20-ci ildönümünə təsadüf edir. Epizodda çəkilişlərdən kadrlar və aktyorların verdiyi müsahibələr yer alıb.

Kulis.az xəbər verir ki, filmdə Deniel Redkliff, Emma Uotson və Rupert Qrint və başqaları çəkilib.

Harri Poter haqqında yazdığı silsilə kitabların müəllifi Coan Roulinq çəkilişlərdə iştirak etməyib.

Filmin premyerası yanvarın 1-də “HBO Max” onlayn kinoteatrında və “Amediatek”də keçiriləcək.

# 1161 dəfə oxunub

Müəllifin son yazıları

# # #