Yaponiyada "Warner Bros" şirkəti "Qodrik Qriffindor"un məşhur qılıncını satışdan çıxarmağa məcbur olub.
Kulis.az xəbər verir ki, buna səbəb Yaponiya polisinin "Harri Potter" dünyasından olan bu aksesuarı əsl silah hesab etməsi olub.
“Hoqvarts” bıçağının ikonik surəti film seriyasından dəstlər, kostyumlar və aksesuarların nümayiş olunduğu suvenir mağazasında satılırdı. Suvenirlər 30 min yenə (təxminən 314 manat) təklif olunurdu.
- Türk şair Mirmehdi Ağaoğlunun kitabından yazır...
- Fələstinli müğənni həbs edildi
- "İndiana Cons"un serialı təxirə salındı
Paslanmayan poladdan və iti olmayan qlıncın uzunluğu 86 santimetrdir. Polisi suvenirin Yaponiyanın Odlu Silahlara və Qılınclara Nəzarət Qanununa aid olduğunu bildirərək qılıncın rəflərdən çıxarılmasını tələb edib.
Müstəntiqlərin fikrincə, bu vəziyyətə görə muzey suveniri ancaq qılınc sahibi olmaq üçün lazımi lisenziyası olan şəxslərə sata bilər.