Dünyaca məşhur “Harri Potter” silsiləsinin müəllifi Coan Roulinq (J.K. Rowling) bir daha gündəmə gəlib.
Kulis.az xəbər verir ki, yazıçı gənc yaşında filmlərdə "Hermion" obrazını canlandıran aktrisa Emma Uotsonu “cahillikdə” günahlandırıb və illər əvvəl aralarındakı münasibətləri sarsıdan gizli məktubun mövcudluğunu açıqlayıb.
Roulinqin sözlərinə görə, məktub onların dostluq münasibətlərinin qırılmasına səbəb olub.
Məzmunu tam açıqlanmasa da, sənədin iki tərəf arasında dərin fikir ayrılıqlarını ortaya qoyduğu bildirilir.
Qeyd edək ki, sosial şəbəkə izləyiciləri hadisəni “əsrin qalmaqalı” adlandırır, bəziləri isə Roulinqin açıqlamalarını şəxsi hücum kimi qiymətləndirir.