Halit Ergenç və xanımı prokurorluğa çağırıldı - Səbəb

Halit Ergenç və xanımı prokurorluğa çağırıldı - Səbəb
25 yanvar 2025
# 15:25

Serenay Sarıkaya, Hande Erçel və digər məşhurların meneceri olan Ayşe Barım 2013-cü ildə Gəzi Parkı hadisələri zamanı şirkətində çalışan aktyorları etiraz aksiyalarına yönəltdiyi iddiası ilə saxlanılıb.

Kulis.az Lent.az-a istinadən xəbər verir ki, Barım “Türkiyə Cümhuriyyəti hökumətini devirməyə cəhddə və ya öz vəzifələrini yerinə yetirməsinə mane olmaqda” ittiham olunur. Barımın şirkəti ilə əməkdaşlıq edən aktyorların sözügedən etirazlara qoşulub-qoşulmadığı araşdırılır.

Məlumatada bildirilir ki, aktyorlar Halit Ergenç və xanımı Bergüzar Korel, Dolunay Soysert, Mehmet Günsür və Rza Kocaoğlu da dindirilmək üçün prokurorluğa çağırılıblar.

# 741 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #