Hadisə qəzaya uğradı

Hadisə, türk müğənni

Hadisə, türk müğənni

30 noyabr 2021
# 16:05

Müğənni Hadisə ilə sevgilisi, iş adamı Mehmet Dinçer qəzaya düşüb.

Kulis.az türk mediasına istinadən xəbər verir ki, hadisə İzmirdə qeydə alınıb. Cütlük avtomobildə hərəkətdə olarkən ön təkərin partlaması nəticəsində ölümdən dönüb. Qəza zamanı Hadisənin huşunu itirdiyi bildirilib.

Hazırda vəziyyətləri yaxşı olan cütlük başqa nəqliyyat vasitəsi ilə İstanbula geri dönüb.

# 1935 dəfə oxunub

Müəllifin son yazıları

# # #