Tanınmış Güneyli şair Mirza Hüseyn Kərimi Marağeyi yaşadığı Marağa şəhərində vəfat edib.
Kulis.az xəbər verir ki, 92 yaşlı şair Marağada müalicə olunduğu "Əmir əl-Möminin" xəstəxanasında ürək çatımazlığından dünyasını dəyişib.
Kərimi Marağeyi 1931-ci ildə Marağa şəhərində anadan olub. Tanınmış satira ustası demək olar ki, şeirlərinin hamısını Azərbaycan türkcəsində yazıb.
- "Qırmızı papaq" onlayn nümayiş olunacaq
- Məşhur ssenarist vəfat etdi
- Yeni ittiham: Didi yenidən məhkəmədə
Siyasi, ictimai və mədəni çatışmazlıqları satira formasında tənqid edən satirik şairin əsərləri azərbaycanlılar tərəfindən rəğbətlə qarşılanırdı.