Ötən gün Mədəniyyət TV-nin efirində aparıcı Bəhruz Niftəliyevin təqdimatında “O” verilişi təqdim olunub.
Kulis.az xəbər verir ki, verilişin qonağı Cənubi Azərbaycandan olan bəstəkar, müğənni Arif Mehmandost olub.
Proqramda sənətkar oradakı azərbaycanlıların məruz qaldıqları mənəvi təzyiqlərdən, alçaldılmalarından, ana dillərində təhsil hüququndan məhrum olmalarından, farsların soydaşlarımızın ləhcəsini lağa qoymalarından söz açıb. A.Mehmandost bildirib ki, uşaq vaxtı aldığı bu travmalar səbəbindən övladının Azərbaycanda təhsil almasına qərar verib.
Verilişdə yaradıcılığından da söz açan Arif Mehmandost bəstələdiyi, oxuduğu nəğmələrin əsas məzmununun ayrılıq, həsrət, iztirab oldğunu vurğulayıb.
Qeyd edək ki, "O" Bəhruz Niftəliyevin təqdimatında hər həftənin çərşənbə axşamı saat 22:00-da Mədəniyyət TV-də yayımlanır.