“Güney Azərbaycan Kültür Mərkəzi” fəaliyyətə başladı

“Güney Azərbaycan Kültür Mərkəzi” fəaliyyətə başladı
13 yanvar 2023
# 13:40

“Güney Azərbaycan Kültür Mərkəzi” fəaliyyətə başlayıb.

Mərkəzin qurucularından olan İzmirdə yaşayan Güney Azerbaycanlı şair, yazar, Məsud Haray və Azərbaycanlı şair, tərcüməçi Ümid Naccari mərkəzin yaradılma səbəblərindən Kulis.az-a danışıb.

Məsud Haray bildirib ki, Türkiyədə 100-ə yaxın Azərbaycan dərnəyi olsa da, bu dərnəklərdə Güney Azərbaycan Türklərinin kültürü, ədəbiyyatı, musiqisi, kimliyi ciddiyə alınmır: “Daha acı verici məqam isə bu dərnəklərin Güney Azərbaycanlıları Azərbaycanlı kimi tanımamalarıdır. Bütün bunları nəzərə alaraq Türkiyədə yaşayan bir-neçə milli aktivist, yazar, şair, araştırmaçı olaraq "Güney Azərbaycan kültür mərkəzi"ni qurmağa qərar verdik. Bu kültür mərkəzində Türkiyədə Güney Azərbaycanın kültürünü, ədəbiyyatını, musiqisini, incəsənətini tanıtmağa və Güney, Quzey Azərbaycan arasında kültür körpüsü qurmağa çalışacağıq”.

Ümid Naccari isə qeyd edib ki, mərkəz Güney Azərbaycan mədəniyyətinin inkişafı, qorunması üçün silsilə tədbirlər və toplantılar həyata keçirməyi nəzərdə tutur.

Qeyd edək ki, yeni yaradılan mərkəzin önümüzdəki günlərdə üzvlərinin artması gözlənilir.

# 1940 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #