"Gündəlik" serialının çəkiliş prosesi yekunlaşıb

"Gündəlik"  serialının çəkiliş prosesi yekunlaşıb
15 fevral 2024
# 14:00

20 seriyadan ibarət olan “Gündəlik” adlı bədii serialın çəkiliş prosesi yekunlaşıb.

Kulis.az xəbər verir ki, dram janrında olan serialda cəmiyyətdə baş verən hadisələr “Maarif” adlı bir jurnalın əməkdaşlarının ətrafında və onların iştirakı ilə göstərilir. Əsas mövzular isə təhsil məsələləri ilə bağlıdır.

Serialın rejissoru Pərviz Həsənov, ssenari müəllifi Qanturalı, təsvir rejissoru Pərvanə İlham, bəstəkarı Promete, kreativ prodüseri Hüsniyə Məhərrəmova, prodüseri Vüqar Əliyev, layihənin ideya müəllifi və rəhbəri Şakir Eminbəylidir.

Serialda əsas rollarda İranə Kərimova, Türkay Cəfərli, Rasimə Abbasova, Əliheydər Zeynalov, İqrar Salamov, Elşən Hacıbabayev çəkiliblər. Əsas aktyorlardan əlavə olaraq hər seriyada yeni personajlar yer alır. Bu personajları isə Vidadi Həsənov, Ayşad Məmmədov, Kamran Ağabalayev, Aqşin Yenisey, Ayaz Salayev və Maksim Medvedov kimi məşhurlar canlandırırlar.

Qeyd edək ki, serial tezliklə İTV-də yayımlanacaq.

# 630 dəfə oxunub

Müəllifin son yazıları

# # #