Günay Əfəndiyeva səfir ilə müzakirələr apardı

Günay Əfəndiyeva səfir ilə müzakirələr apardı
6 iyun 2022
# 18:20

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Bolqarıstana rəsmi səfəri çərçivəsində Qazaxıstan Respublikasının Bolqarıstandakı səfiri Temirtay İzbastin ilə görüşüb.

Kulis.az xəbər verir ki, görüşdə Fond ilə Qazaxıstan arasında əməkdaşlıq münasibətlərinin gücləndirilməsi, Türk Dünyasının zəngin mədəni irsinin beynəlxalq miqyasda təbliği ilə bağlı müzakirələr aparılıb. Səfir Türk dünyasının maddi-mədəni dəyərlərinin tanıdılması yönündə Fondun genişmiqyaslı fəaliyyətini yüksək qiymətləndirib.

Eyni zamanda Bolqarıstana səfəri çərçivəsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva və TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er Türkiyə Respublikasının Bolqarıstandakı səfiri Aylin Sekizkök ilə görüşüb. Görüşdə yaxın tərəfdaşlıq münasibətlərinin mövcudluğundan söz açılıb, Türk dünyasının mədəniyyəti və irsi ilə bağlı gələcək layihələrin birgə həyata keçirilməsi müzakirə olunub.

# 1475 dəfə oxunub

Müəllifin son yazıları

# # #