Günay Əfəndiyeva Qırğız Respublikasının Prezidentinin xüsusi nümayəndəsi ilə görüşdü

Günay Əfəndiyeva Qırğız Respublikasının Prezidentinin xüsusi nümayəndəsi ilə görüşdü
7 mart 2023
# 12:40

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Qırğız Respublikasının Prezidentinin xüsusi nümayəndəsi Taalatbek Masadıkov ilə görüşüb.

Kulis.az xəbər verir ki, görüşdə müasir dövrdə Türk dövlətləri arasındakı qarşılıqlı dostluq və qardaşlıq münasibətlərinin inkişafında Türk xalqlarının ortaq mədəniyyətinin mühüm birləşdirici amil olduğu vurğulanıb.

Fond tərəfindən ümumtürk mədəni irsinin mühafizəsi və geniş miqyasda təbliği istiqamətində aparılan işlər Türk Dünyası üçün önəmli töhfə kimi qiymətləndirilib. Eyni zamanda Fond tərəfindən keçirilmiş Qırğızıstanın qədim dəyərlərini, zəngin mədəniyyətini əks etdirən və tanıdan layihələrin əhəmiyyətindən bəhs olunub.

Görüşdə dünyanın ən zəngin folklor sərvətləri sırasında yer alan, qırğız xalqının mənəvi abidəsi - “Manas” eposunun dərindən öyrənilməsi yönündə Fond tərəfindən həyata keçirilməkdə olan silsilə layihələr yüksək qiymətləndirilib. Fond ilə təşkilatın qurucu üzv dövləti Qırğızıstan arasında əlaqələrin daha da genişlənməsi istiqamətində birgə əməkdaşlığa dair dəstək ifadə edilib.

Görüşdə Qırğız Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kairat Osmanaliyev də iştirak edib.

# 912 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #