Gülyaz Məmmədova: "Dedilər, o bir dəfə evlənib, daha evlənməsin"

Gülyaz Məmmədova:  "Dedilər, o bir dəfə evlənib, daha evlənməsin"
23 dekabr 2024
# 11:30

“Qardaşımın oğlu bir dəfə ailə qurub, ayrılıb. Bizim bir tələbəmizi görüb bəyənmişdi. Qızın da taleyi gətirməmişdi, bir dəfə evlənib ayrılmışdı. Elçi getdik, vermədilər. Dedilər, o bir dəfə evlənib, daha evlənməsin. Biz də məcbur olub, qızı qaçırtdıq, indi çox xoşbəxtdirlər”.

Kulis.az xəbər verir ki, bu sözləri APA TV-nin “Sözüm var” proqramında Xalq artisti Gülyaz Məmmədova deyib.

O, boşanmalara da münasibət bildirib:

“Boşanmaların da səbəbi olur. Hər boşanan qadın haqqında bədgüman olmaq olmaz. Hərdən mənə yazırlar ki, sən özün də boşanmısan. Axı boşanmaların da səbəbi var. Hamını tərəzinin eyni gözünə qoymaq olmaz. Hər insanın xoşbəxt olmaq haqqı var. "Qadın ayrılıb deyə, onunla evlənmək olmaz", - düzgün düşüncə tərzi deyil”.

# 123 dəfə oxunub

Müəllifin son yazıları

# # #