“Güllələnmiş heykəllər”in alınmasına 500 min dollar xərclənildi

“Güllələnmiş heykəllər”in alınmasına 500 min dollar xərclənildi
21 aprel 2022
# 13:00

“Güllələnmiş heykəllər”in alınması və Azərbaycana gətirilməsinə biz 500 min dollar xərclədik”.

APA xəbər verir ki, bunu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov "Qarabağın və Şərqi Zəngəzurun Memarlıq İrsi. Bərpa, Qorunma və istifadə problemləri" adlı beynəlxalq elmi konfransda çıxışı zamanı qeyd edib.

Heykəllərin Gürcüstandan Azərbaycan hökumətinin səyləri nəticəsində geri alındığını vurğulayan direktor onların artıq tarixi yerlərində olduğunu diqqətə çatdırıb: “Bu heykəllərin Gürcüstanda metal kimi satılmasına cəhd belə olmuşdu. Lakin Azərbaycan və Gürcüstan hökumətlərinin köməyi ilə heykəlləri geri almaq mümkün oldu. Artıq həmin heykəllər bərpa edilərək Şuşada öz tarixi yerlərinə qaytarılıb”.

O, eyni zamanda, kilsələrdən 800 yaşı olan freskanın ermənilər tərəfindən oğurlanması faktını da diqqətə çatdırıb: “Erməni keşiş müsahibəsi zamanı demişdi ki, kilsədəki 800 illik freskanı qoparıb Ermənistana aparıblar”.

# 1970 dəfə oxunub

Müəllifin son yazıları

# # #