“Grammy” musiqi mükafatının qalibləri elan olundu

“Grammy” musiqi mükafatı

“Grammy” musiqi mükafatı

6 fevral 2023
# 18:00

Los-Ancelesdə 65-ci “Grammy” musiqi mükafatının təqdimolunma mərasimi keçirilib.

Kulis.az xəbər verir ki, mərasimdə Lizzo və onun “About Damn Time” kompozisiyası ən yaxşı səs yazısı üzrə “Grammy” mükafatını qazanıb. Müğənni Bonni Raytın “Just Like That” kompozisiyası ilin ən yaxşı mahnısı adına layiq görülüb. Samara Coy ən yaxşı gənc artist nominasiyasında, Harri Staylz “Harry’s House” valına görə ilin ən yaxşı albomu nominasiyasında “Grammy” qazanıb. Teylor Sviftin “All Too Well” (10 Minute Version) videoçarxı da “Grammy” mükafatçıları sırasında yer alıb.

Mərasimin yekunlarına əsasən, Beyonse karyerası ərzində rekord sayda mükafat qazanıb. Belə ki müğənninin “Renaissance” albomu ilin elektron və rəqs valları arasında ən yaxşısı olub. Bu, Beyonsenin qazandığı 32-ci mükfatdır. Bundan əvvəlki rekord – 31-ci “Grammy”yə layiq görülən dirijor Georq Şoltiyə məxsus idi. Beyonse 9 nominasiyaya təqdim olunsa da, birində qalib olub.

# 746 dəfə oxunub

Müəllifin son yazıları

# # #