“Grammy” mükafatlı caz pianoçusu vəfat etdi

“Grammy” mükafatlı caz pianoçusu vəfat etdi
17 aprel 2023
# 13:30

Karyerası boyu bir çox musiqiçilərə ilham verən caz dünya şöhrətli caz pianoçusu və bəstəkarı Əhməd Camal vəfat edib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, 92 yaşında dünyasını dəyişən musiqiçinin qızı Sumayah Camal “New York Times” qəzetinə açıqlamasında atasının ölümünün səbəbinin prostat xərçəngi olduğunu açıqlayıb.

Musiqi karyerasına 14 yaşında başlayan Camal caz musiqisi dünyasının təməl daşlarından biri kimi tanınırdı. Müxtəlif janrları birləşdirərək caz musiqisini fərqli ölçüyə gətirən sənətçi öz musiqisini “Amerika klassik musiqisi” kimi müəyyənləşdirib. Caza yenilikçi münasibəti ilə seçilən musiqiçi Miles Davis, Jay-Z və Common kimi bir çox musiqiçiləri ilhamlandırıb.

Qeyd edək ki, Əhməd Camal 2017-ci ildə “Grammy” mükafatına layiq görülüb.

Ünlü caz piyanisti Ahmad Jamal yaşamını yitirdi

# 718 dəfə oxunub

Müəllifin son yazıları

# # #