Gözəllər yanımda xəzələ döndü - Hüseyn Cavid

Gözəllər yanımda xəzələ döndü - Hüseyn Cavid
9 yanvar 2024
# 18:40

Kulis.az Hüseyn Cavidin “Azər” poemasından bir qoşmanı təqdim edir.

Hər gülşənə vardım, çiçəklər güldü,
Sevdalı bülbüllər səlamə gəldi.
Hər bəzmə uğradım, meylər töküldü,
Qədəһlər öpüşüb xüramə gəldi.

Almaslar, incilər qarşımda söndü,
Gözəllər yanımda xəzələ döndü,
Büllur qəһqəһələr susmuş göründü,
Susmuş kəmançalar ilhamə gəldi.

Pərişan zülfümü dağıtdım üzə,
Seһr etdi bir teli sanki bir gözə,
Gördülər qarışmış gecə-gündüzə,
Ölülər nəşədən qiyamə gəldi.

# 842 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #