“Görünməyənin cizgiləri” sərgisi açıldı

“Görünməyənin cizgiləri”  sərgisi açıldı
24 may 2024
# 10:24

Mayın 23-də Heydər Əliyev Mərkəzində italiyalı heykəltəraş Canfranko Megiatonun fərdi sərgisi açılıb.

Kulis.az xəbər verir ki, oktyabrın 26-dək davam edəcək “Görünməyənin cizgiləri” adlı sərgidə müəllifin 40-dək əsəri nümayiş olunur.

Qeyd edək ki, sənətçinin əsərləri İtaliya ilə yanaşı, ABŞ, Almaniya, Avstraliya, Avstriya, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Çin və digər ölkələrdə sərgilənib. Rəssam heykəltəraşlıq instalyasiyalarında möhtəşəm ifaedici gücə və estetik dəyərə malik olan qədimlik və müasirliyin mahircəsinə birləşdirilməsinə görə ICOMOS/UNESCO mükafatına layiq görülüb.

]

# 635 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #