Gənclər Kitabxanasında sərgi: “Ziyarətə çevrilmiş ocaq”

Gənclər Kitabxanasında sərgi: “Ziyarətə çevrilmiş ocaq”
26 aprel 2024
# 15:30

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında görkəmli ədib, pedaqoq Mir Cəlal Paşayevin həyat və yaradıcılığından bəhs edən “Ziyarətə çevrilmiş ocaq” adlı virtual kitab sərgisi hazırlanıb.

Kulis.az xəbər verir ki, hazırlanan materialda Mir Cəlalın pedaqoji və alimlik fəaliyyətinə geniş yer verilib.

Virtual sərgidə Mir Cəlalın müəllifi olduğu və görkəmli ədib haqqında qələmə alınan “Dirilən adam", "Bir gəncin manifesti", "Açıq kitab", “Mirzə Ələkbər Sabirin sənət dünyası”, “Fizuli sənətkarlığı”, “Ədəbiyyatda romantizm”, “Mir Cəlalın milli idealları”, “Mir Cəlalın poetikası” kimi kitabların qısa annotasiyası, əsərlərinin motivləri əsasında çəkilən “Bir ailə”, “Nazik mətləb” filmləri haqqında məlumat verilir, ekran əsərlərindən fraqmentlər təqdim edilir.

Materialda Mir Cəlal Paşayev haqqında dövrü mətbuatda işıqlandırılan “Bədii sadəlik və mənəvi alilik”, “Ədəbiyyat tarixçiliyimizi yaradanlar – Mir Cəlal”, “Mir Cəlal Paşayev-yazıçı, alim, pedaqoq” kimi məqalələr də sərgilənməkdədir.

Qeyd edək ki, Mir Cəlal Paşayev haqqında hazırlanan virtual kitab sərgisi kitabxananın rəsmi saytında https://ryl.az/multimedia/mir-celal-pasayev-116 yerləşdirilib.

# 268 dəfə oxunub

Müəllifin son yazıları

# # #