Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi işdən çıxarıldı

Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi işdən çıxarıldı
19 yanvar 2023
# 12:18

Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov işdən çıxarılıb.

Kulis.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı mədəniyyət nazirinin birinci müavini, mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Adil Kərimli əmr imzalayıb.

Vasif Cənnətov əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar olaraq 19.01.2023-cü il tarixindən tutduğu vəzifədən azad edilib.

Hələlik Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə yeni təyinat yoxdur.

# 1211 dəfə oxunub

Müəllifin son yazıları

# # #