Gənc yazıçının imza günü keçiriləcək

Gənc yazıçının imza günü keçiriləcək
13 may 2022
# 13:20

Mayın 15-də gənc yazıçı Tural Həsənlinin yeni kitabının imza günü keçiriləcək.

Kulis.az xəbər verir ki, müəllif “Koma” romanı ilə "LİBRAFF Park Akademiya” kitab mağazasında kitabsevənlərin görüşünə gələcək.

Əsər Bakıda yaşayan və zəngin ailənin övladının ölkə xaricindəki həyat tərzi və sevgi münasibətlərindən bəhs edir. Sevgi nağılı təsiri bağışlayan kitabda gənclərin sosial və ekoloji problemlər fonunda həyata, hadisələrə münasibəti, onların yaşadığı hisslər çözülür.

Onu da qeyd edək ki, müəllif indiyədək altı kitabın, o cümlədən üç romanının müəllifidir. “Koma”nın yaxın aylarda Türkiyədə nəşr olunacağı nəzərdə tutulub.

# 1495 dəfə oxunub

Müəllifin son yazıları

# # #