#

Gənc yazıçılar müsabiqədə qalib oldu

Gənc yazıçılar müsabiqədə qalib oldu
18 yanvar 2024
# 16:15

Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın 85 illik yubileyinə həsr edilmiş hekayə müsabiqəsinin qalibləri müəyyənləşib.

Kulis.az xəbər verir ki, müsabiqədə gənc yazarlar – Cavid Babayev birinci, Orxan Cuvarlı ikinci, Xan Abdulla isə üçüncü yerin sahibi olub.

Qeyd edək ki, müsabiqə Azərbaycan Ədəbiyyat Fondu ilə “Ulduz" jurnalı “Ədəbiyyat və İncəsənət" portalının media dəstəyi ilə keçirilib.

Xatırladaq ki, müsabiqə yaşı 35-dək olan gənc yazarlar arasında keçirilib.

Müsabiqənin mükafatlandırma mərasimi gələn həftə AYB-də baş tutacaq.

# 1042 dəfə oxunub

Müəllifin son yazıları

# # #