Gənc yazarlara mükafat verildi

Gənc yazarlara mükafat verildi
2 fevral 2023
# 15:21

Gənc yazarlar Orxan Cuvarlı və Aytac Sahəd “Gənclər mükafatı”na layiq görülüblər.

Kulis.az xəbər verir ki, Gənclər Günü münasibətilə "Ədəbiyyat" nominasiyası üzrə laureatlar Orxan Cuvarlı və Aytac Sahəd Gənclər və İdman Nazirliyinin təqdim etdiyi mükafatla təltif olunublar.

Qeyd edək ki, təltifetmə mərasimi 2023-cü ilin "gənclər paytaxtı" seçilən Mingəçevir şəhərində baş tutub.

# 1610 dəfə oxunub

Müəllifin son yazıları

# # #