Gənc Tamaşaçılar Teatrı Qubada çıxış etdi

Gənc Tamaşaçılar Teatrı Qubada çıxış etdi
12 iyun 2024
# 14:00

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı regionlara təşkil olunan qastrol səfərləri çərçivəsində Quba şəhər Mədəniyyət evində Pərvin Nurəliyevanın “Dəcəl keçi” tamaşasını nümayiş etdirib.

Kulis.az xəbər verir ki, səhnə əsərinin quruluşçu rejissoru Ayla Osmanova, quruluşçu rəssamı Elşən Sərxanoğludır.

Azyaşlıların böyük sevincinə səbəb olan tamaşanın nümayişində qazi və şəhid övladları da iştirak ediblər. Tamaşada rolları Vahid Orucoğlu, Anar Seyfullayev, Yusif Dadaşov, Ədalət Əbdülsəməd, Səbinə Məmmədzadə, İlqarə Tosova və Zümrüd Quliyeva canlandırıb.

“Dəcəl keçi”nin əsas ideyası keçinin timsalında xudpəsəndlik, tənbəllik, yalan və lovğalıq kimi mənfi cəhətlərin tənqididir.

# 387 dəfə oxunub

Müəllifin son yazıları

# # #