"Gələcəyə miras" layihəsinin nəticələri - 32 mindən çox qədim tapıntı aşkarlandı

"Gələcəyə miras" layihəsinin nəticələri - 32 mindən çox qədim tapıntı aşkarlandı
9 noyabr 2026
# 10:40

Türkiyənin Mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy TBMM-dəki büdcə təqdimatında "Gələcəyə miras" layihəsinin nəticələrini elan edib.

Kulis.az xəbər verir ki, 2024–2026-cı illər ərzində 67 əyalətdə aparılan qazıntılar zamanı 32 mindən çox tarixi eksponat və arxeoloji tapıntı aşkar olunub.

Nazirlik 2027-ci ildə arxeoloji tədqiqatların sayını 820-yə çatdırmağı hədəfləyir.

Ölkənin turizm göstəricilərini də bölüşən Ersoy, 2026-cı ilin ilk doqquz ayında Türkiyənin 49 milyon ziyarətçi qəbul etdiyini və turizm gəlirlərinin 51,2 milyard dollara çatdığını bildirib.

Layihənin növbəti planlarına əsasən:

Antalya Muzeyi 2027-ci ildə yenidən fəaliyyətə başlayacaq.

Haydarpaşa Garı ərazisində İstanbulun Anadolu tərəfinin ilk arxeologiya muzeyi və arxeoparkı istifadəyə veriləcək.

UNESCO Dünya İrs Komitəsinin 49-cu sessiyası 2027-ci ilin yayında İstanbulda keçiriləcək.

"Türkiyə mədəniyyət yolu festivalı"nın coğrafiyası 32 əyalətə qədər genişləndiriləcək.

# 50 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər