Fuad Poladov haqqında kitab nəşr olunacaq

Fuad Poladov haqqında kitab nəşr olunacaq
6 may 2022
# 12:30

Fuad Poladov haqqında kitab nəşr olunacaq.

Kulis.az xəbər verir ki, kino-tənqidçi Aygün Aslanlının müəllifi olduğu kitab yaxın zamanda çap ediləcək.

Bu haqda Parlaq İmzalar Nəşriyyatının direktoru Nurman Tariq sosial şəbəkə hesabından məlumat verib:

"Tezliklə o sevimli sənətkar haqqında ailəsinin də istəyi ilə Aygun Aslanlinın hazırladığı “Skafandrlı adam” kitabını nəşr edəcəyik.

Bu kitab Fuad Poladovun sirli və gözəl dünyasına yaxınlaşmaq üçün önəmli bir materialdır. Çoxdandır gözlənilən bir kitabdır… Kitabın nəşri üçün Parlaq İmzalar Nəşriyyatını seçdiyi üçün Poladov ailəsinə təşəkkür edirəm! Bizim üçün fəxrdir! Ruhu şad olsun!"

# 1635 dəfə oxunub

Müəllifin son yazıları

# # #