Frensis Bekonun əsəri 47 milyon dollara satıldı

"Triptix, 1986-1987" adlı tablo

"Triptix, 1986-1987" adlı tablo

11 fevral 2022
# 10:02

İngilis rəssamı Frensis Bekonun "Triptix, 1986-1987" adlı tablosu 35-55 milyon funt-sterlinq (47-75 milyon dollar) civarında hərraca çıxarılıb. Satış martın 1-də həyata keçiriləcək.

Kulis.az rus mediasına istinadən xəbər verir ki, bu barədə “Christie's” hərrac evi məlumat yayıb.

“Frensis Bekonun son böyük sənət nailiyyətlərindən biri kimi qəbul edilən bu əsər zamanın təbiəti və insanın tənhalığı haqqında düşüncələrin nəticəsidir”, - deyə hərrac evindən bildirilib.

Belə ki, triptixin sol panelindəki kostyumlu kişi təsviri ABŞ Prezidenti Vudro Vilsonun 1919-cu ildə “Versal” müqaviləsinin imzalanmasından sonra qəzetdən götürülmüş fotoşəkilinə əsaslanır. Sağ paneldəki təsvir Leon Trotskinin 1940-cı ildə öldürüldükdən sonra onun ofisinin fotoşəkilindən yaradılıb. Mərkəzi paneldəki adamın üzü isə rəssamın yaxın dostu Con Edvardsı xatırladır.

Qeyd edək ki, Frensis Bekon (1909-1992) fiqurativ (obrazlı) sənət ustasıdır. Onun əsərlərində əsas mövzu refraktorlu insan bədənidir. Rəssamın ekstravaqant, bəzən şokedici tabloları kolleksiyaçılar tərəfindən yüksək qiymətləndirilir. 2015-ci ildə rəssamın "Avtoportret üçün iki eskiz" (1977) triptixi Londonda 22,4 milyon dollara satılıb.

# 1433 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #