Fransa keçmiş müstəmləkələrdən aparılmış mədəni sərvətləri geri qaytaracaq

Fransa keçmiş müstəmləkələrdən aparılmış mədəni sərvətləri geri qaytaracaq
16 aprel 2026
# 15:30

Fransa Milli Assambleyası keçmiş müstəmləkə ərazilərindən aparılmış mədəni sərvətlərin geri qaytarılmasını asanlaşdıran qanunu yekdilliklə qəbul edib.

"Euronews"un verdiyi xəbərə görə, Qanun 1815–1972-ci illər arasında qeyri-qanuni yollarla əldə edildiyi hesab olunan sənət əsərlərinin və mədəni obyektlərin geri qaytarılmasını nəzərdə tutur.

Qərara əsasən, müraciət edən dövlətlər bu əsərləri qorumaq və ictimaiyyətə açıq təqdim etmək öhdəliyi götürməlidir.

Tələblər xüsusi komitə tərəfindən araşdırılacaq və yalnız qanunsuz əldə olunma sübuta yetirildikdə geri qaytarılma həyata keçiriləcək.

Bu addım Emmanuel Makronun Afrika irsinin geri qaytarılması ilə bağlı əvvəlki vədlərinin davamı kimi qiymətləndirilir.

# 101 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər