“Fotolarda canlanan tarix” adlı fotosərginin bağlanış mərasimi keçirildi

“Fotolarda canlanan tarix”  adlı fotosərginin bağlanış mərasimi keçirildi
17 aprel 2024
# 14:20

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin (DTMQİ) təşkilatçılığı ilə reallaşan “Fotolarda canlanan tarix” adlı fotosərginin bağlanış mərasimi keçirilib.

Kulis.az xəbər verir ki, sərgi iştirakçıları “İçərişəhər”, “Abşeron” və “Qarabağ” adlı üç kolleksiyanı, ilk dəfə sərgilənən fotolar və vaxtilə mövcud olan, hazırda isə qalıqları qalan və ya tamamilə dağıdılmış abidələri əvvəlki vəziyyətində görmək imkanı qazanıblar.

Sərgidə nümayiş olunan nadir fotolar Azərbaycanda ilk dəfə “İçərişəhər” DTMQİ-nin nəzdində fəaliyyət göstərən “İçərişəhər” Muzey Mərkəzinin fonduna məxsus 1860-1970-ci illərə qədər olan dövrü əhatə edən şüşə neqativlərin və nadir fotoların bərpa və konservasiya edilməsi, rəqəmsallaşdırılması nəticəsində işıq üzü görüb.

Qeyd edək ki, ölkədə ilk dəfə tətbiq olunan bu texnologiya sahəsində ilkin mərhələdə fondun arxivindəki 300-dən çox əsərə yeni həyat verilib.

# 698 dəfə oxunub

Müəllifin son yazıları

# # #