Fortepiano ixtisası üzrə milli dərslik hazırlanır - İlk dəfə

Fortepiano ixtisası üzrə milli dərslik hazırlanır - İlk dəfə
16 may 2025
# 13:40

Azərbaycanda ilk dəfə olaraq fortepiano ixtisası üzrə milli dərslik hazırlanır.

Kulis.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin təşəbbüsü və sifarişi ilə fortepiano fənni üzrə ibtidai sinif şagirdləri – I, II və III siniflər üçün hazırlanacaq dəsrslik müstəqillik dövründə nəşr olunan ilk dərslik olacaq.

Yeni dərslik müasir kurikulumun tərkib hissəsi kimi musiqi təhsili üçün yeni mərhələnin başlanğıcıdır. Layihədə bəstəkar və şairlər, musiqişünaslar, tanınmış pianoçu-müəllimlər bir araya gələrək, uşaqların milli musiqi intonasiyaları ilə zənginləşdirilmiş repertuarla ilk addımlarını atmalarını təmin edəcək dərsliyi ərsəyə gətirirlər.

Dərsliyin əsas məqsədi şagirdlərə fortepiano təhsilinin başlanğıc mərhələsində klssik musiqi nümunələri ilə yanaşı, Azərbaycan musiqi mədəniyyətinə əsaslanan yeni bəstəkar əsərlərini təqdim etməklə, onların həm peşəkar, həm də milli-mənəvi inkişafını dəstəkləməkdir.

Pilot layihə çərçivəsində dərsliyin ilk bölməsinin 2025-ci ilin sentyabr ayında təqdim olunması nəzərdə tutulur.

# 81 dəfə oxunub

Müəllifin son yazıları

# # #