"Universal Pictures" şirkəti "Forsaj 11" filminin büdcəsini 200 milyon dollara qədər azaltmağı tələb edir.
Kulis.az xəbər verir ki, "Forsaj 10" son on ilin ən çox gəlir gətirən filmi olub. Ekran işi 705 milyon dollar qazandırıb. Eyni zamanda bu, 340 milyon dollarlıq büdcəsi ilə franşizanın ən bahalı filmi hesab olunur.
Hazırda "Forsaj 11"in büdcəsi 250 milyon dollar olaraq qiymətləndirilir.
Lakin kinostudiya yeni filmin çəkilişlərinin əvvəlkindən daha ucuz başa gəlməsini istəyir.
Qeyd edək ki, filmin 2027-ci ildə ekranlara çıxması gözlənilir.