“Fleyta üçün unudulmuş melodiya”nın aktrisası vəfat etdi

“Fleyta üçün unudulmuş melodiya”nın  aktrisası vəfat etdi
19 sentyabr 2023
# 13:54

Məşhur rusiyalı aktrisa Lyubov Maykova vəfat edib.

Kulis.az Rusiya mediasına istinadən xəbər verir ki, aktrisanın ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Maykova İlya Frezin “Sən bunu heç düşünmədin” melodramında laborant rolu ilə kinoda debüt edib. O, həmçinin Aleksandr Pankratov-Çerninin “Gözəllik salonu”, Eldar Ryazanovun “Fleyta üçün unudulmuş melodiya” və “Nofelet haradadır?” filmlərində də yaddaqalan obrazlar canlandırıb.

# 1006 dəfə oxunub

Müəllifin son yazıları

# # #