Asif Rüstəmovun "Mərmər soyuğu" filminin qatılacağı festival məlum olub.
Bu barədə APA-ya filmin baş prodüseri rejissor Fariz Əhmədov məlumat verib.
Onun sözlərinə görə, film 11-27 noyabr tarixlərində keçiriləcək Estoniyanın Tallin Qara Gecələr Film Festivalında nümayiş ediləcək.
- Azərbaycanlı bəstəkarla vida mərasimi keçiriləcək
- Səngər, yoxsa əsər? YAZIÇININ İCTİMAİ MÖVQEYİ-SORĞU
- "Titanik" və "Avatar"ın prodüseri vəfat etdi
Qeyd edək ki, film uğursuz rəssam (rolda: Elşən Əsgərov) və sevgilisinin (rolda: Natavan Abbaslı) qarışıq münasibətlərindən bəhs edir. Uzun sürən həbs həyatından sonra evə qayıdan ata (rolda: Qurban İsmayılov) ən radikal yollarla oğlunun həyatına düzən verməyə çalışır.
Filmin ssenari müəllifləri Asif Rüstəmov və holland həmkarı Roelof Jan Minneboo, rejissoru Asif Rüstəmov, baş prodüseri isə Fariz Əhmədovdur. Baş rolları Elşən Əsgərov, Natavan Abbaslı və Xalq artisti Qurban İsmayılov ifa edir.