Film Fondunda “Bir ömürlük xatirə” kitabının təqdimatı olub

Film Fondunda “Bir ömürlük xatirə” kitabının təqdimatı olub
18 yanvar 2025
# 11:50

Azərbaycan Dövlət Film Fondunda Əməkdar artist, teatr və kino aktrisası Ətayə Əliyevanın 105 illiyi münasibətilə Rəhilə Soltanqızının “Bir ömürlük xatirə” kitabının təqdimat mərasimi olub.

Fonddan Kulis.az-a bildirilib ki, tədbir çərçivəsində sənətkarın həyat və yaradıcılığını özündə əks etdirən fotosərgi açılıb.

Təqdimat mərasimində çıxış edən Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev Əməkdar artistin kino yaradıcılığı barədə danışıb.

Xalq artistləri Şəfiqə Məmmədova, Hacı İsmayılov, Əbdül Mahmudov, Cəfər Namiq Kamal, Əməkdar artist Füzuli Hüseynov, Əməkdar mədəniyyət işçisi Yusif Şeyxov, sənətşünaslıq doktoru, professor İlham Rəhimli, Əməkdar incəsənət xadimi Şəfəq Sultan Əlixanlı, Əməkdar jurnalist Gülbəniz Hüseynova, kinooperator Fəramiz Məmmədov tanınmış sənətkarla xatirələrini bölüşüblər.

Tədbirdə Fondun və “Belə-belə işlər” layihəsinin hazırladığı, Ətayə Əliyevanın həyat və yaradıcılığını özündə əks etdirən videoçarxlar və aparılan araşdırmalar zamanı bir neçə il əvvəl aşkar olunmuş, geniş tamaşaçı kütləsinə az məlum olan “Axırıncı namaz” filmi nümayiş edilib.

# 76 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #