Filip Kirkorovun atası həbs edilə bilər

Filip Kirkorovun atası həbs edilə bilər
22 avqust 2024
# 11:09

Filip Kirkorovun atası, Rusiyanın Xalq artisti, estrada müğənnisi Bedros Kirkorov 15 sutka həbs edilə bilər.

Kulis.az xəbər verir ki, 92 yaşlı müğənni bir neçə dəfə yol hərəkəti qaydalarını pozsa da, cərimələri ödəməyib.

Qeyd edək ki, Bedros Kirkorov üç dəfə sürət həddini aşıb və adına 1500 rubl cərimə yığılıb. Əgər Kirkorov cəriməni ödəməsə, ya 15 sutka həbs ediləcək, ya da cəriməsinin iki mislində növbəti cəriməyə məruz qalacaq.

# 306 dəfə oxunub

Müəllifin son yazıları

# # #