Filarmoniyada bayram konserti təşkil olundu

Filarmoniyada bayram konserti təşkil olundu
26 dekabr 2025
# 12:40

Azərbaycan Dövlət Akademik Filarmoniyasında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə konsert proqramı keçirilib.

Kulis.az xəbər verir ki, bədii rəhbər və baş dirijor Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında təqdim olunan əsərlər Yeni ilin musiqili müjdəsi kimi dinləyicilərin yaddaşına həkk olunub.

Proqramda əvvəlcə Çaykovskinin bayram mövsümünün simvoluna çevrilmiş “Şelkunçik” baletindən süitası təqdim edilib.

Digər səslənən nömrə istedadlı pianoçu Cəmil Sədizadənin ifasənda Sergey Raxmaninovun piano və orkestr üçün 3 saylı d-moll konserti (op. 30) olub.

# 55 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər