Fikrət Qocanın qəbirüstü abidəsinin açılışı oldu

Fikrət Qocanın qəbirüstü abidəsinin açılışı oldu
5 may 2022
# 11:17

Xalq şairi, "Şərəf" və "İstiqlal" ordenli Fikrət Qocanın qəbirüstü abidəsinin açılışı olub.

Kulis.az APA-ya istinadla xəbər verir ki, açılış mərasimində Mədəniyyət nazirliyinin nümayəndələri, bir sıra ictimaiyyət nümayəndələri, şair və yazıçılar iştirak edib.

Daha sonra tədbir iştirakçıları mərhum şair haqqında xatirələrini bölüşüb, onun Azərbaycan ədəbiyyatına töhfələrini vurğulayıblar.

Qeyd edək ki, Fikrət Qoca 5 may 2021-ci ildə vəfat edib. O, Birinci Fəxri Xiyabanda dəfn olunub.

# 1483 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #