“Fikrət Əmirov” bədii-sənədli filminin təqdimatı olub

“Fikrət Əmirov” bədii-sənədli filminin təqdimatı olub
20 dekabr 2022
# 12:40

Heydər Əliyev Sarayında “Fikrət Əmirov” bədii-sənədli filminin təqdimatı olub.

Kulis.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan ekran əsəri dahi bəstəkarın həyat və yaradıcılığından bəhs edir.

Təqdimatda dahi bəstəkarın oğlu, caz ifaçısı, bəstəkar, Xalq artisti Cəmil Əmirov və "Fikrət Əmirov" filminin ssenari müəllifi və quruluşçu rejissoru, Xalq artisti Vaqif Mustafayev dahi bəstəkar Fikrət Əmirov barədə xoş təəssüratlarını bölüşərək onun həyat və yaradıcılığından söz açıblar. Vurğulanıb ki, Fikrət Əmirovun əsərləri musiqi tariximizin parlaq səhifələridir: "Bəstəkarın bu əsərləri öz bədii məzmunu, etik əhəmiyyəti, yüksək fəlsəfi və psixoloji cəhətləri ilə həmişə aktualdır. Çünki bəstəkarın zəngin və rəngarəng yaradıcılığının əsas qayəsi milli üslubda professional musiqi əsərləri yaratmaqdır. Bütün yaradıcılığı boyu bu ideyaya sadiq qalan Fikrət Əmirov hətta bu istiqamətdə yeni bir janr da yaradıb ki, bu da dünya musiqisində heç bir analoqu olmayan simfonik muğam janrıdır".

Sonda "Fikrət Əmirov" bədii sənədli filmi nümayiş olunub.

# 1235 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #