Fərqanə Qasımova: "Haqqımı heç vaxt onlara halal etmirəm"

Fərqanə Qasımova:  "Haqqımı heç vaxt onlara halal etmirəm"
14 oktyabr 2024
# 14:45

Əməkdar artist Fərqanə Qasımova qonaq olduğu teleproqramlardan birində keçmiş həyat yoldaşı ilə bağlı suala cavab vermək istəməyib.

Kulis.az xəbər verir ki, xanəndə bu mövzunun cəmiyyətə açıq olmadığını söyləyib.

"Bu mövzulara çox girmək istəmirəm. Tamaşaçılara həmişə hər şey maraqlıdır. Şərhləri oxuyuram. Bilib-bilmədikləri şeyləri yazmaq, bir insanın haqqına girməkdir. 20 ildir həyatını qoruyub saxlamış, 4 övladı ilə nələrdən keşmiş qadının yaşadıqlarını bilmədikləri halda ünvanına istədikləri anda nəsə yazmaq onun haqqına girməkdir. Haqqımı heç vaxt o insanlara halal etmirəm. Günaha girməsinlər. Əlbəttə onlara maraqlıdır, görəsən Fərqanənin övladlarının ataları ilə əlaqəsi var? Ata tərəf necədir? Fərqanə otursun burada qəşəng qeybət qırsın ki, baxımlı veriliş olsun. Keçdiyim ömür səhifələrini burada bir anda açmaqla özümə hörmətsizlik etmiş olaram"- deyə o bildirib.

Qeyd edək ki, 4 uşaq anası olan Fərqanə Qasımovahəyat yoldaşı Elnur Mövlamovdan ayrılıb. Elnur Xalq artisti Alim Qasımovun evindən pul və qızıl-zinət əşyalarını oğurladığına görə 8 il azadlıqdan məhrum edilib. Lent.az

# 653 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #