Fərid Hüseyn Şimali Makedoniyada poeziya festivalında iştirak edir

Fərid Hüseyn Şimali Makedoniyada poeziya festivalında iştirak edir
23 avqust 2024
# 14:18

Gənc şair, Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri Fərid Hüseyn Şimali Makedoniyada 18 ölkədən 41 şairin qatıldığı "63-cü Beynəlxalq Struqa Şeir Axşamları"nda iştirak edir.

Kulis.az xəbər verir ki, 22-26 avqustda keçirilən beynəlxalq tədbirin antologiyasında F.Hüseynin şeirləri ingilis və makedon dillərində dərc edilib.

Festival çərçivəsində.gənc şair bir sıra tədbirlərdə çıxışlar edəcək.

Yeri gəlmişkən qeyd edək ki, F.Hüseyn bu günlərdə Özbəkistan Yazıçılar Birliyinin fəxri üzvü seçilib.

# 371 dəfə oxunub

Müəllifin son yazıları

# # #