Frankfurt Kitab Sərgisində fələstinli yazıçı Adania Şiblinin "Kiçik detal" romanının mükafatlandırma mərasimi ləğv edilib.
Kulis.az xəbər verir ki, buna səbəb İsrail ilə Fələstin qarşıdurması olub.
Bu qərardan sonra bir sıra nəşriyyat və müəllif yarmarkada iştirak etməyəcəyini açıqlayıb.
- Ramiz Məlikin dəfn olunacağı yer açıqlandı
- Elvis Preslinin gitarası rekord məbləğə satıldı
- Yaqub Zurufçu xanımından niyə boşanmışdı? - Video
“The New York Times”ın xəbərinə görə, sərginin direktoru Yurqen Bus açıqlamasında təşkilatın Həmasın İsrailə qarşı vəhşi terrorunu qınadığını bildirib:
“Fikrimiz qurbanlar, onların yaxınları və bütün əziyyət çəkən insanların yanındadır”.
Qeyd edək ki, Frankfurt Kitab Sərgisi bu il 75-ci dəfə keçiriləcək.